Ru
Bakı
USD
EUR
GBP
RUB

Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində araşdırmalar aparılıb

news photo

26.08.2019 17:01 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsinin üzüm bağlarında bol məhsul yetişdirilib.

AMEA-dan Youthportal.az-a bildirilib ki, institutunun Ağsu Təcrübə-Dayaq Məntəqəsində elmi-tədqiqat məqsədilə salınmış 1 hektar üzüm bağında mütəxəssislər tərəfindən bitkinin məhsuldarlığının azalmasına təsir edən zərərvericilər və onlara qarşı inteqrir mübarizə üzrə geniş araşdırmalar aparılıb.

Araşdırmalar zamanı Tətbiqi Zoologiya Mərkəzində çoxaldılmış bir sıra səmərəli entomofaqlardan bioloji mübarizə məqsədilə istifadə olunub.

Tədqiqat işlərinin nəticəsi olaraq bu il üzüm bağından ilk olaraq 10 tona yaxın məhsul əldə edilib.

Zoologiya İnstitutunun elmi şurası və Həmkarlar Təşkilatının birgə iclasında bu məhsulun AMEA-nın elmi bölmələrinə verilməsi qərara alınıb.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi