Ru
Bakı
USD
EUR
GBP
RUB

Zoologiya İnstitutunda illik hesabatlar dinlənilib

news photo

16.10.2019 16:43 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan Youthportal.az-a bildirilib ki, iclası giriş sözü ilə açan bu elmi müəssisənin direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

“Quru onurğalıları” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Qiyas Quliyev illik hesabatı təqdim edib. O bildirib ki, il ərzində laboratoriya əməkdaşları tərəfindən 8 əsər nəşr olunub, 12 əsər isə çapa təqdim edilib.

Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədov 2019-cu ildə mərkəzin əməkdaşları tərəfindən 33 elmi əsərin (1 kitabça, 15 məqalə, 17 tezis) çapdan çıxdığını, 1 məqalə və 2 tezisin isə çapa verildiyini bildirib.

İclasda, həmçinin yeni yaradılmış Paleozoologiya laboratoriyasının hesabatı dinlənilib. Qısa müddət ərzində görülən işlər haqqında məlumat verildikdən sonra gələcək planlar müzakirə olunub.

Hidrobiologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Adil Əliyev cari ildə əməkdaşlar tərəfindən təşkil olunan ekspedisiyalar və iştirak edilən elmi konfranslar haqqında danışıb, yeni hazırlanan kadr potensialı haqqında məlumat verib. İl ərzində 13 elmi əsərin nəşr olunduğu, 3 əsərin isə çapa təqdim edildiyini bildirib.

Sonda Mingəçevir Elmi Təcrübə Stansiyasının yekun hesabatı dinlənilib. Hicran İsgəndərova il ərzində məntəqə ərazisində yetişdirilən kənd təsərrüfatı məhsulları, həmçinin laboratoriya şəraitində çoxaldılan balıq, zəli və digər heyvanlar haqqında ətraflı məlumat verib.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi