Ru
Bakı
USD
EUR
GBP
RUB

“Ziyanlı vərdişlərə yox deyək” adlı layihənin təlimi keçirilmişdir

news photo

08.02.2019 17:46 // Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 11-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş  “Ziyanlı vərdişlərə YOX deyək” adlı layihəsinin təlimi GRBS Şirkətlər Qrupunda baş tutmuşdur. 

Youthportal.az xəbər verir ki, layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin təşkil olunacaq seminarlarda gənclərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumatlar verməkdir. 

İkinci seminarın təlimçiləri Sağlam qidalanma üzrə ekspert, Yaşam Koçu Məhsəti Hüseynova, “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri Muğan Əliyev, Psixoloq Vəfa Əkbər, və qonaq qismində Asim Vəliyev və Rahimə Cavanşirli olmuşdur. Psixoloq Vəfa Əkbər gənclərə ziyanlı vərdişlərin ailədə və ətraf mühitdə psixoloji təsirləri haqqında gənclərlə məlumat vermişdir. Muğan Əliyev layihə iştirakçılarını siqaretin həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqoldan asıllığın mübarizə yolları haqqında məlumat vermişdir. Daha sonra təlimçi Məhsəti Hüseynova sağlam qidalanma, düzgün yuxu rejimi və yuxusuzluğun ziyanları haqqında məlumat vermişdir. Tədbirdə bu kimi digər problemlərin müzakirəsi, yaranma səbəblərinə aydınlıq gətirilməsi və zərərlərin aradan qaldırılmasına dair müzakirələr edilmişdir. 

Daha sonra O, İnternet və Texnologiya dedikdə ağla ilk gələn sosial şəbəkələr, telefon və onlardan asılılıq – bunun xeyirli tərəfləri ilə yanaşı, “internetin sağlamlığımıza vurduğu fəsadlarla necə mübarizə aparmaq lazımdır?” mövzusunda ətraflı məlumat vermişdir. Və sonda Məhsəti Hüseynovanın da həmmüəllifi olduğu “Qida təhlükəsizliyi və insanı məhvə aparan yol” kitabının ikinci müəllifi cənab Asim Vəliyev gənclərlə ziyanlı vərdişlər haqqında dəyərli fikirlərini paylaşmışdır. Qeyd edək ki, təlimdə 50 nəfərdən çox gənc iştirak etmişdir və müzakirə olunan məsələlər gənclərin böyük marağına səbəb olmuş və böyük aktivlik müşahidə edilmişdir. Sonda tədbirdə aktiv olan iştirakçılara sertifikat təqdim edilmiş və xatirə şəkli çəkdirilmişdir.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi