Ru
Bakı
USD
EUR
GBP
RUB

Zəfər bayramı münasibətilə Bakıda türk şəhidlərinin xatirəsi anılıb

news photo

30.08.2017 16:32 // Siyasət

Türkiyənin ölkəmizdəki səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşeliyi, türkiyəli iş adamları avqustun 30-da Zəfər bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə Şəhidlər xiyabanına gələrək, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə canından keçmiş türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil qoyublar.

Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Zəfər bayramının tarixi barədə danışıb. Şəhidliyin xatirə dəftərini imzalayan səfir bildirib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanıb. Bu böyük qələbə türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Bir vaxtlar Azərbaycan əsgəri ilə çiyin-çiyinə, Azərbaycanın azadlığı uğrunda mübarizə aparan türk əsgərlərinin bir çoxu Şəhidlər xiyabanında Azərbaycan şəhidləri ilə bir məkanı paylaşırlar.

Səfir qeyd edib ki, türk milləti bu qələbəni əzmkarlıqla qazanıb. Xalqımız bu əzmkarlığın azalmadığını ötən il dünyaya bir daha göstərdi.

Sonra Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş Şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.

Mərasim iştirakçıları, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi