Ru
Bakı
USD
EUR
GBP
RUB

Yusuf Məmmədəliyev “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

news photo

11.09.2019 14:35 // Gənclər üçün

6 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qaliblərinin iştirakı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin görüşü keçirilib. 

Youthportal.az xəbər verir ki, ölkə prezidentinin təhsilə böyük qayğı göstərdiyini deyən Y.Məmmədəliyev qeyd edib ki, dövlət başçısının təşəbbüskarı olduğu insan kapitalınını inkişafı konsepsiyasına uyğun olaraq gənclərin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları çərçivəsində gənclərin təhsilinin artırılması imkanlarının genişləndirilməsi əsas yer tutur. Ölkəmizdə gənclərin sağlam, təhsilli, bilikli və bacarıqlı yetişmələri, onların peşəkarlıqlarının artırılması, sosial problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti ölkəmizdə gəncliyin inkişafına təkan verməkdədir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi