Ru
Bakı
USD
EUR
GBP
RUB

Yusuf Məmmədəliyev: Gənclərin ictimai fəallığının artırılması məqsədilə yaradılan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir

news photo

25.02.2019 13:27 // Siyasət

Gənclər siyasəti Azərbaycan dövlətinin həyata keçirdiyi daxili siyasətin mühüm tərkib hissəsidir. Bu siyasətin əsas məqsəd və prinsipləri, istiqamətləri, həmçinin dövlətin üzərinə düşən vəzifələr “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və bu sahədəki digər normativ-hüquqi aktlarla müəyyən olunur.

Youthportal.az xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.

Y.Məmmədəliyev bildirib ki, gənclərin hərtərəfli inkişafı üçün zəruri olan şəraitin yaradılması, bu baxımdan dövlətin üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi məsələsi daim ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

“Bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda gənclərin inkişafının təmin edilməsi üçün dövlət tərəfindən davamlı şəkildə fəaliyyət həyata keçirilir, gənclərlə iş sahəsində qanunvericilik bazası təkmilləşdirilir, sosial infrastruktur yaradılır, gənclərin elmi və yaradıcılıq potensialının aşkara çıxarılması və inkişaf etdirilməsi, bu potensialın ölkəmizin sosial-iqtisadi inkişafı, dövlətimizin siyasi, iqtisadi, hərbi qüdrətinin, beynəlxalq nüfuzunun artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi uğrunda səfərbər edilməsi istiqamətində ardıcıl tədbirlər görülür”.

Y.Məmmədəliyev vurğulayıb ki, hazırda Bakıda və rayonlarda yerləşən 40-a yaxın Gənclər Evi, demək olar ki, bütün rayonlarda fəaliyyət göstərən Olimpiya kompleksləri, yaradıcılıq mərkəzləri və s. gənclərin ixtiyarındadır:

“Gənclərin ictimai fəallığının artırılması, ölkənin ictimai həyatına onların daha yaxından cəlb edilməsi məqsədilə yaradılan və vətəndaş cəmiyyətinin mühüm tərkib hissəsi olan ictimai birliklərin fəaliyyəti dövlət tərəfindən hərtərəfli dəstəklənir. Keçən il Nizamnaməsində edilən dəyişikliklərlə fəaliyyət sahəsi və imkanları daha da genişləndirilən Gənclər Fondu gənclərin, xüsusilə az təminatlı ailələrdən olan gənclərin təhsil almalarının, təhsillərini xaricdə davam etdirmələrinin dəstəklənməsi, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənclərin işlə təmin olunma baxımından qarşılaşdıqları problemlərin həll edilməsi, gənclər arasında sahibkarlıq və özünüməşğulluğun təşviq edilməsi və dəstəklənməsi kimi bir sıra istiqamətlərdə təqdirəlayiq fəaliyyət həyata keçirir. Bütün bu fəaliyyətlər xalqımız tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir”.

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi