Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yurdumuza bahar gəlir” adlı uşaq rəsm müsabiqəsinin növbəti qalibləri mükafatlandırılıb (FOTO)

news photo

19.03.2019 11:19 // Cəmiyyət

Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi-bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəslə ötürülməsi məqsədi ilə ənənəvi “Yurdumuza bahar gəlir” adlı respublika uşaq rəsm müsabiqəsinin 12 yaşa qədər uşaqlar arasında olan hissəsi başa çatıb.

Youthportal.az xəbər verir ki, Xətai Sənət Mərkəzində təşkil olunan sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq uşaqları təbrik edib, onların dəyişən və inkişaf edən ölkəmizin gəncləri olduqlarını qeyd edərək sərgidə iştirakına görə təşəkkür edib. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov sərgi iştirakçılarını salamlayaraq onlara uğurlar diləyib. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək təbiətin oyanışını balaca uşaqların saf duyğularında hiss etdiyini qeyd edib və hamını bayram münasibəti ilə təbrik edib.

Sərgidə bahar təravəti hiss olunan 140 uşağın 150 işi təqdim olunub.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla təltif olunub və fəal kollektivlər, o cümlədən 1 nömrəli UGİM, 4 nömrəli Uşaq İncəsənət Məktəbi, "Art School by Rufane", "Biləndər" tədris mərkəzi, "Biləyən" tədris mərkəzi, "Günxan art studiya", H.Z.Tağıyev adına Toxucu Tikiş kombinatı, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, "İncilər" tədris mərkəzi, "KamArt" İncəsənət Qalereyası, Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi, "Modern" tədris mərkəzi, "Vector" Təhsil və karyera merkəzi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstəriblər.

Sərgidən seçilmiş 10 əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalına dəvət olacaq.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda hava yağmursuz olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi