Ru
Bakı
USD
EUR
GBP
RUB

YUNİSEF-in nümayəndə heyəti ilə görüş

news photo

23.02.2017 18:14 // Təhsil

Təhsil Nazirliyində YUNİSEF-in nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, YUNİSEF-in ekspertləri iştirak edib.

Təhsil nazirinin müavini Firudin Qurbanov son dövrlərdə təhsil sahəsində aparılan islahatlardan və inklüziv təhsillə bağlı görülən işlərdən danışıb. Nazir müavini təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, onlarda idman və bədən tərbiyəsinə marağın artırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib, bu sahədə YUNİSEF-lə Təhsil Nazirliyi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

YUNİSEF-in beynəlxalq məsləhətçisi Kolin Hiqqs təhsil müəssisələrinin əlçatanlığı və inklüzivliyin qiymətləndirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib, əlilliyi olan, xüsusilə əlil arabalarından istifadə edən uşaqlar üçün məktəbə getməkdə fiziki maneələrin aradan qaldırılmasına dair fikirlərini bildirib.

Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “TOPs-Fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması“ layihəsinin nəticəsinin YUNİSEF tərəfindən qiymətləndirilməsi imkanları, eləcə də hər iki tərəfi maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi