Ru
Bakı
USD
EUR
GBP
RUB

Yunan-Roma güləşçilərimiz ikinci Avropa Oyunlarına Estoniya və İsveç təmsilçiləri ilə birgə hazırlaşırlar

news photo

11.06.2019 15:44 // İdman

İyunun 25-dən 30-dək Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində güləş yarışları keçiriləcək. Oyunlarda ölkəmizi 6 sərbəst, 5 yunan-Roma və 5 qadın güləşçi təmsil edəcək.

Azərbaycan Güləş Federasiyasından Youthportal.az-a bildiriblər ki, yığmalarımız məsul yarış ərəfəsində son hazırlıq prosesinə start veriblər. Sərbəst və yunan-Roma güləşi üzrə millilərimiz sonuncu təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində keçirlər. Göygöldə daha çox fiziki məşqlər keçirilmişdisə, Bakıda taktiki-texniki çalışmalara üstünlük veriləcək. Yunan-Roma güləşçilərimiz Estoniya və İsveç yığmalarının üzvləri ilə birgə toplanış keçir.

Qadınlarımız isə iyunun 8-dən Belarusdadır. Oyunların keçiriləcəyi məkana daha öncədən yollanan millimiz yarışadək Minskdə yerli komanda ilə birgə toplanışı davam etdirəcək.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi