Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

news photo

24.01.2020 10:59 // Gənclər üçün

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.

Mərkəzdən Youthportal.az-a verilən məlumata görə, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı http://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdflinkində yerləşdirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə edə bilərsiniz.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi