Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yüksəliş” müsabiqəsində 3000-dən çox şəxs qeydiyyatdan keçib

news photo

08.01.2020 10:16 // Gənclər üçün

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsində bayram günlərində də yüksək fəallıq müşahidə olunub. 

Youthportal.az xəbər verir ki, son on gündə 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-də bitəcək. Müsabiqədə 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyən gəncləri daha çox maraqlandıran onlardan ən azı 2 il idarəçilik təcrübəsinə malik olmağın tələb edilməsidir. Müsabiqənin Mətbuat xidmətindən bildirilib ki, qeydiyyat mərhələsində namizədlərin istənilən sahədə qazandığı idarəçilik təcrübəsi nəzərə alınır. 21 yaşlı vətəndaş hər hansı ictimai birlikdə və yaxud təhsil aldığı illərdə hər hansı işdə çalışa bilər. Məsələn, ali təhsil müəssisəsini yeni bitirmiş gənclərin tələbə təşkilatlarında, tələbə klublarında, könüllülər hərəkatında idarəetmədə təmsil olunması da təcrübə kimi qəbul ediləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi