Ru
Bakı
USD
EUR
GBP
RUB

“YouTube”un istifadə qaydaları sərtləşdirilib

news photo

17.01.2019 11:28 // High-tech

“YouTube” videohostinqinin rəhbərliyi həyat üçün təhlükəli çağırış (challenge) və zarafat (prank) yerləşdirməyə qadağa qoyub.

Youthportal.az xəbər verir ki, bu barədə belə videoların dərhal silinəcəyi bildirilən bloqda göstərilir: “Həyat üçün təhlükə yaradan challenge-ləri, təhlükəli vəziyyət təəssüratı yaradan, uşaqlarda ciddi həyəcan yaradan prankları qadağan etdiyimizi nəzərə çatdırmaq üçün istifadəçi göstərişlərini yeniləmişik”.

Hostinqin bloqunda “Tide” yuyucu toz olan kapsullarının çeynənildiyi “Tide Pod Challenge”, yanacaq mayeni üzərlərinə töküb yandırdığı və bunu videoya çəkdiyi “Fire Challenge” kimi kliplərə “YouTube”in bağlı olduğu diqqətə çatdırılır.

Bununla yanaşı, spam, zərərli proqram, porno kimi materialların linklərini də yerləşdirməyə qadağa qoyulur. Yeni qaydaları pozanlara xəbərdarlıq verilir. Üç xəbərdarlıq alanların hesabları silinir.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi