Ru
Bakı
USD
EUR
GBP
RUB

“YouTube” videohostinqinin mobil versiyasında messencer istifadəyə veriləcək

news photo

21.01.2017 14:00 // High-tech

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi mesajlarla mübadilə üçün yeni platforma istifadəyə verib. “TechCrunch” nəşri yazır ki, yeni platforma hələ ki yalnız kanadalılara əlçatandır.

YouthPortal.az “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, Kanada Şimali Amerikanın internet bazarına oxşarlığına görə sınaq meydançası qismində seçilib. Kanadada yaşayan insanların sayı ABŞ-ın Kaliforniya ştatı ilə eynidir. Bundan başqa, kanadalılar “YouTube” xidmətində daha çox video paylaşırlar.

“Google” şirkəti “YouTube” videohostinqinə messencer funksiyası əlavə etməklə istifadəçilərin müzakirəni “Facebook”da deyil, onun platformasında aparmasını planlaşdırırlar. Yeni platformanın imkanları çarxlara şərh yazılması ilə məhdudlaşmır: həmsöhbətlər bir-birinə mətn mesajları göndərə bilərlər.

Yeni funksiya həm “Android”, həm də “iOS” qurğularda əlçatandır.

Digər xəbərlər

Xəbər lenti

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi