Ru
Bakı
USD
EUR
GBP
RUB

“Youth Inc.” Sahibkarlıq Proqramı III Startap və İnnovasiya Festivalının mükafatlandırılma mərasimində (FOTO)

news photo

20.12.2018 11:11 // Gənclər üçün

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) III Startap və İnnovasiya Festivalı keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi və Sahibkarlıq Proqramının nümayəndələri ilə yanaşı digər biznes inkubasiya mərkəzlərinin nümayəndələri, şirkət rəhbərləri, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Mərkəzdən Youthportal.az-a bidlirilib ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı III Strartap və İnnovasiya Festivalını açıq elan edib. Universitetdə son üç ildə startap sahəsində görülən işlərdən danışan rektor Mustafa Babanlı gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Festivalın startap ideyalarının tələbələr arasında təbliğinə xidmət etdiyi deyən rektor M.Babanlı əsas məqsədlərdən birinin “Made in Azerbaijan” brendi adı altında xaricə məhsul çıxarmaq olduğunu qeyd edib.

Təhsil nazirinin müavini İdris İsayev ali məktəblərdə startap ideyalarının inkişafının və tələbələrin bu sahəyə maraq göstərməsinin çox sevindirici hal olduğunu bildirib. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarda innovasiyaların inkişafının əsas yerlərdən birini tutduğunu bildirən İdris İsayev bu layihələrin həyata keçirilməsinin gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi və biznes potensialının artmasına xidmət etdiyini qeyd edib.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ali təhsil müəssisələrinin innovasiyaların inkişafına diqqət göstərməsinin önəmini vurğulayıb, gənc startapçılara öz tövsiyələrini verib.

Kənd təsərrüfatı nazirinin müşaviri, qurumun Elm və İnnovasiyalar Mərkəzin rəhbəri Elçin Zeynalov ADNSU kimi nüfuzlu bir təhsil müəssisəsində startapın inkişafının əhəmiyyətini qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Sonra ADNSU-da fəaliyyət göstərən “eAzi” startap mərkəzinin 6 layihəsi təqdim olunub. Layihələr əvvəlcədən müəyyən edilmiş meyarlara əsasən münsiflər heyəti tərəfindən qiymətləndirilib. Ən çox bal qazanan layihələr ADNSU və tərəfdaş qurumlar tərəfindən mükafatlandırılıb. Mükafatlandırma mərasimində “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən “Yeni Nəsil” layihəsi tərəfindən 4 və 5-ci yerlərin qaliblərinə həvəsləndirici hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “New Generation” Gənc Sahibkarlara Dəstək Proqramı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-QazaxŞəki-Zaqatala iqtisadi regionlarında icra olunacaq. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gəncin iştirakı nəzərdə tutulub. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. 2-ci mərhələdə təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəkdir. 3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını inkişaf etdirərək 4-cü mərhələyə hazırlaşacaqlar. 6 ay ərzində startapçılar təcrübəli mentorlarla çalışacaqlar və mentorların dəstəyi ilə komandaların ilkin variantda məhsul və xidmətlərin yaradılması üzərində işləyəcəklərr. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və kovörkinq mərkəzlərinə yönəldiləcəkdir. Davamında isə növbəti  investisiya şansını əldə etmək üçün netvörkinq və investor günlərində iştirak edəcəklər.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi