Ru
Bakı
USD
EUR
GBP
RUB

“Youth Inc.” Sahibkarlıq Proqramı “Gənclər Təşkilatlarının V Respublika Sərgisi”-də (FOTO) (VİDEO)

news photo

29.11.2018 12:04 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Kristal Zalında 100-ə yaxın gənclər təşkilatı və gənclər evlərinin iştirakı ilə “Gənclər Təşkilatlarının V Respublika Sərgisi” keçirilib.

Sərginin açılış mərasimində Baş nazirin müavini və Yeni Azərbaycan Partiyasın sədr müavini Əli Əhmədov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, eləcə də gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təşkilatdan Youthportal.az-a bildirilib ki, sərgidə “Youth Inc.” Sahibkarlıq Proqramı öz stendi ilə dövlət rəsmiləri və sərgi iştirakçılarının diqqətini çəkib. Stenddə “Youth Inc.” Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin fəaliyyətini əks etdirən materiallarla yanaşı, proqramın təltif olunduğu diplom və sertifikatlar, həmçinin hesabat videosu nümayiş olunub. Sərgi ərazisində həmçinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət dəstəyi, “Coca-Cola” şirkətinin dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən “Yeni Nəsil” (New Generation) layihəsinin də informativ guşəsi, 2018-2019-cu illərdə 2000 gənci əhatə edəcək fəaliyyət istiqamətləri, məqsədləri, mövcud fəaliyyətləri və digər çap materialları yer alıb.

Sərginin açılış mərasimində rəsmilərə “Youth Inc.” Sahibkarlıq Proqramının rəhbəri Ələkbər Mustafayev “Yeni Nəsil” (New Generation) layihəsinin məqsədi, əhatə etdiyi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi-regionlarında olan gözləntilər, hədəflər və hal-hazırda davam edən işlər haqqında məlumat vermişdir. Həmçinin gün ərzində layihə haqqında məlumat almaq və müraciət etmək istəyən sərgi qonaqları proqram əməkdaşları tərəfindən informativ çap məhsulları ilə və fərdi formada məlumatlandırılmışdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət dəstəyi, “Coca-Cola” şirkətinin dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşəbbüsü ilə həyata keçirilən “Yeni Nəsil” (New Generation) layihəsi 2018-2019-cu illərdə ölkənin 4 iqtisadi-rayonunda 2000 gənci əhatə edəcəkdir.

Layihəyə müraicət etmək üçün: www.ng.youthinc.az/apply

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi