Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yol Polisinin Gənc Köməkçisi” dəstəsi Baş Dövlət Yol Polisi İdarəsinə ekskursiya ediblər (FOTO)

news photo

03.07.2019 14:43 // Cəmiyyət

Ölkəmizi Belarusun Bobruysk şəhərində keçirilmiş “Gənc Yol Hərəkəti İnspektorları”nın 47-ci toplantısında layiqincə təmsil edərək birincilik əldə edən “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvləri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) ekskursiya ediblər.

İdarədən Youthpöortal.az-a bildiriblər ki, “Qaliblərin” BDYPİ-yə ekskursiyası “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, Daxili İşlər və Təhsil nazirliklərinin birgə həyata keçirdikləri “Yol Polisimizlə bir gün” adlı layihə çərçivəsində təşkil olunub.

Ekskursiyanın keçirilməsində əsas məqsəd yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda, bu işdə uşaq və yeniyetmələri aktiv iştirakçılığa cəlb etməkdir.

Təşkilatçılar tərəfindən ayrılmış avtomobillərdə Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasına gələn “Yol Polisinin Gənc Köməkçisi” dəstəsinin üzvlərinə, ilk növbədə, binanın struktur quruluşu, konfrans zalı, patrul avtomobilləri, xüsusi texniki vasitələr nümayiş olunub. Daha sonra ekskursiyaçılara BDYPİ-nin iş fəaliyyətini, o cümlədən Operativ Müşahidə Mərkəzinin, Növbətçi hissənin iş prosesini canlı izləmək imkanı yaradılıb.

Tədbir zamanı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “qaliblərin” çoxsaylı sualları cavablandırılıb və onlara müxtəlif hədiyyələr təqdim olunub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi