Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yevgeni Onegin” Bakıda təqdim olunub

news photo

03.09.2019 10:14 // Cəmiyyət

Sentyabrın 2-də Rusiyanın Y.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrı “Yevgeni Onegin” tamaşası ilə Bakıda ikinci dəfə çıxış edib.

Youthportal.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim olunan səhnə əsərinin ideya, ədəbi kompozisiya və quruluşunun müəllifi Rimas Tuminas, səhnə quruluşçusu Adomas Yanovskis, musiqi müəllifi Fvustas Latenas, geyim rəssamı Mariya Danilova, xoreoqrafı Anjelika Xolina, musiqi rəhbəri Tatyana Ağayevadır.

Təxminən altmış nəfərlik aktyor heyətinin iştirak etdiyi tamaşada Sergey Makovetski, Lyudmila Maksakova, İrina Kupçenko, Aleksey Quskov, Viktor Dobronravov, Leonid Biçevin, Yevgeniya Kreqjde, Olqa Lerman və digər məşhur aktyorlar rol alıb.

Xronometrajı 3 saat 30 dəqiqə olan tamaşa sabah da teatrsevərlərin ixtiyarına veriləcək. Aktyorların məharətli çıxışı, səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbər lenti

"Mən bunu bilsəydim” adlı tədbir keçiriləcək

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi