Ru
Bakı
USD
EUR
GBP
RUB

Yerin ən dərin qatlarında kvadrilyon tondan çox almaz tapılıb

news photo

18.07.2018 16:35 // Dünyada

Seysmik silkələnmələr nəticəsində alimlər yerin dərin qatlarında kvadrilyon tondan çox almaz ehtiyatı aşkar ediblər.

Youthportal.az  “The Guardian” qəzetinə istinadla xəbər verir ki, “Geochemistry, Geophysics, Geosystems” jurnalında dərc olunmuş məqalədə bu almaz ehtiyatlarının yerin 144-240 kilometr dərinliyində olduğu bildirilir. Massaçusets Texnoloji Universitetinin mütəxəssislərinin fikrincə, mövcud texniki imkanlar bu dərinlikdəki sərvəti çıxarmağa imkan vermir. Ən qədim almazlardan ibarət dağ tektonik süxurların altında yerləşir və onların dayağı funksiyasını yerinə yetirir. Onlar yer qabığının dərinlikləri və mantiyası boyu 320 kilometrədək yayıla bilər.

Massaçusets Texnoloji Universitetinin alimi Ulrix Faulun sözlərinə görə, yerin təkində bu qədər almazın olması göstərir ki, bu mineral geoloji miqyasda geniş yayılıb və heç də ekzotik daş deyil.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi