Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub

news photo

07.01.2020 17:06 // İdman

Respublika Olimpiya Mərkəzində keçirilən 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutan turnirdə qızlar və oğlanlar iştirak ediblər.

YouthPortal xəbər verir ki, yarışda 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Kəsgin Abbaszadə qalib adını qazanıb. Qızların yarışında isə uzunluğa tullanmada Aysel Mehrəliyeva birinci yerə layiq görülüb.

Oğlanlar arasında qaçış yarışlarında Teymur Salahzadə (200 m) və Mahmud Mehdiyev (800 m) birinci olublar. Qızların mübarizəsində isə Tutuxanım İsrafilova (200 m) və İradə Əliyeva (800 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi