Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” üzrə təlim

news photo

18.05.2017 15:53 // Cəmiyyət

“Yeniyetmə və gənclərin həyati bacarıqlarının artırılması” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinə təlimçi bacarıqlarının aşılanması üçün təlim keçirilir.

Təlim proqramına “Özünüdərk”, “Hüquqlarım və öhdəliklərim”, “Gender və sosial inklüzivlik”, “Faydalı vərdişlərin formalaşması”, “Qidalanma”, “İlk tibbi yadım”, “Fəlakət riskinin azaldılması – iqlim dəyişikliyi və fəlakət zamanı adaptasiya təminatı”,“Yaşam şərtləri - peşələr, peşə təhsili, planlama və büdcənin qurulması, sahibkarlıq”, “Reproduktiv sağlamlıq”, “Gender mənşəli zorakılıq-erkən nikah, məişət zorakılığı, insan alveri” kimi mövzular daxil edilib.

Bakı şəhəri üzrə məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təşkil edilmiş təlimlər başa çatdıqdan sonra müəllimlərin Bərdə, Mingəçevir, Masallı, Quba, Qazax, İsmayıllı, Şirvan, Qax şəhərlərinə ezamiyyələri baş tutacaq. Bu zaman hazırlanmış proqram üzrə 1500-dək VI və IX sinif şagirdinin maarifləndirilməsi həyata keçiriləcək.

Təhsil Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və YUNİSEF arasında 2016-2017-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Həssas Uşaqların və İcmaların Fəlakət Riskinə Davamlılığının Artırılması” layihəsi üzrə Fəaliyyət Planının müvafiq bəndi çərçiv

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi