Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeniyetmə və gənclər narkomaniyanın bəlalarından uzaq olmalıdırlar

news photo

23.05.2018 16:03 // Gənclər üçün

Pirallahı rayonunda 168 nömrəli tam orta məktəbdə “Narkomaniya və narkobiznes insan hüquqları üçün böyük təhlükədir” mövzusunda tədbir keçirilib.

Rayon icra hakimiyyətindən Youthportal.az-a verilən məlumata görə, əvvəlcə mövzu ilə əlaqədar sənədli film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov tədbirin əhəmiyyəti və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi barədə danışıb. Qeyd olunub ki, narkomaniyanın heç bir yaş sərhədi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə yaradır və belə tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və onunla mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarətdir.

Rayon Polis Şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı şəhəri Narkoloji Dispanserin həkimi-narkoloq Yaşar Bədəlli və başqaları çıxış edərək narkomaniyanın vurduğu zərərli təsir barədə danışıb və misallar göstərib, yeniyetmə və gənclərin sağlamlığa ciddi ziyan vuran sosial bəladan uzaq olmasının zəruriliyini bildiriblər.

Tədbir iştirakçılarının suallarına cavablar verilib.

Tədbirin sonunda rayon məktəblilərinin hazırladığı mövzuya dair ədəbi-bədii kompozisiya nümayiş olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi