Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeni yaradılan Bakı Mühəndislik Universiteti muasir idarəetmə formatına görə digər ali təhsil müəssisələrindən fərqlənəcək

news photo

05.04.2017 16:56 // Təhsil

Yeni yaradılan Bakı Mühəndislik Universiteti muasir idarəetmə formatına görə digər ali təhsil müəssisələrindən fərqlənəcək.

YouthPortal Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata gröə, universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurası olacaq. Ali təhsil müəssisələrinin idarəetməsində yenilik olan Himayəçilər Şurasının tərkibi azı 3 nəfər olmaqla, Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

Himayəçilər Şurasının səlahiyyətlərinə universitetin strateji inkişaf proqramının, illik büdcəsinin və onun icrasının təsdiq edilməsi, Universitetin Audit Komitəsinin üzvlərinin seçilməsi, universitetin fəaliyyət istiqamətlərinə nəzarət, universitetin elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental və tətbiqi elmi layihələrin həyata keçirilməsinə, zəruri infrastrukturun yaradılmasına, beynəlxalq əlaqələrin qurulmasına, maliyyə vəsaitinin və sair investisiyaların cəlb edilməsinə, məzunların işlə təmin olunmasına dəstək göstərilməsi aiddir. Universitetin cari fəaliyyətinə rəhbərliyi isə rektor həyata keçirəcək.

Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasına rəhbərlik təhsil nazirinin müavini Ceyhun Bayramova həvalə olunub.

Qeyd edək ki, ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan Bakı Mühəndislik Universiteti Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 8 noyabr 2016-cı ildə yaradılıb.

Təhsil naziri Mikayıl Cabbarov universitet rəhbərliyi və müəllim heyəti ilə görüşdə bildirib ki, Təhsil Nazirliyi gələcəkdə Himayəçilər Şurasının tərkibində digər qurumların nümayəndələrini də görmək arzusundadır. Eyni zamanda, ali təhsil müəssisəsinin fəaliyyətinə köməklik göstərən özəl sektor təmsilçiləri də Himayəçilər Şurasında yer ala biləcək.

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi