Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeni nəsil “Wi-Fi 6” simsiz rabitə təqdim olunub

news photo

08.10.2018 16:25 // High-tech

“Wi-Fi Alliance” təşkilatı “Wi-Fi 6” adını alacaq yeni simsiz rabitəni təqdim edib.

İndiyədək “Wi-Fi” texnologiyasının müxtəlif standartları “802.11n” və “802.11ac” kimi adlarla qeyd edilirdi. Lakin adi istehlakçılar üçün belə sxem əlverişli deyil, çünki bu, dolaşıqlığa səbəb ola bilər. Buna görə də “Wi-Fi” texnologiyasının müxtəlif standartlarının adlarının sadələşdirilməsi haqqında qərar qəbul edilib. Artıq “802.11n” texnologiyası “Wi-Fi 4”, “802.11ac” texnologiyası “Wi-Fi 5”, “802.11ax” texnologiyası isə “Wi-Fi 6” adlandırılacaq.

Youthportal.az 3dnews.ru saytına istinadla xəbər verir ki, “802.11ac” ilə müqayisədə 30 faiz daha yüksək rabitə sürəti təklif edən “802.11ax” standartı 2019-cu ildə təsdiq ediləcək. O, yüklənmiş efir şəraitində simsiz şəbəkənin işinin effektivliyini yaxşılaşdırmağa və “802.11ac Wave-2” standartı ilə müqayisədə keçirmə qabiliyyətini iki dəfə artırmağa imkan verəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi