Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yeni Nəsil” sahibkarlar üçün biznesin inkişafı davam edir (FOTO)

news photo

11.06.2019 13:14 // Gənclər üçün

“Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən “Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə həyata keçirilən “New Generation” layihəsinin “Mentorluq və Biznesin İnkişafı” mərhələsi üzrə fəaliyyətlər davam edir.

2018-ci ilin Noyabr ayında start götürən “New Generation” layihəsi ümumilikdə 4 iqtisadi regionu (Abşeron, Quba-Xaçmaz, Şəki-ZaqatalaGəncə-Qazax) əhatə edir. Hal-hazırda ilk 2 mərhələdə iştirak etmiş gənclər “New Generation” layihəsinin III mərhələsi olan “Mentorluq və Biznesin İnkişafı” mərhələsinə keçid alıb. Aprel ayından başlamış olan bu mərhələdə iştirakçılar ilk öncə “face-to-face” görüşlərdə iştirak edib. Daha sonra isə onlar Təhsil Nazirliyinin, SƏBA ASC, AzGranata MMC, “P&G”, “INNOLAND” Akselerasiya Mərkəzi, “Yello Advertising”, “Interno”, “Tech Academy”, “The Office”, “Matrix Training Center”, “Cafe Nina Baku” və digər tərəfdaşların dəstəyi ilə bir çox təlim və vörkşoplara qatılıb. İştirakçılar vergi və hüquq, biznes model kanvas, marketinq, satış, təqdimat bacarıqları, rəqəmsal marketinq, komanda quruculuğu, brendinq kimi info-sessiya və vörkşoplarda iştirak edərək yeni bilik və təcrübələrə yiyələnib. Həmçinin iştirakçılar və digər startapçı gənclər üçün proqramlaşdırma mütəxəssislərinin də iştirak etdiyi “Team Fishing” görüşü təşkil olunub. Keçirilən təlim və görüşlərdə ümumilikdə 200-dən çox gənc sahibkar əhatə edilib. “Mentorluq və Biznesin İnkişafı” mərhələlərini yekunlaşdırdıqdan sonra artıq startapçı komandalar “New Generation” layihəsinin yekun mərhələsi olan Pitçinq mərhələsində münsiflər heyəti qarşısında layihələrini təqdim edərək 35000 AZN-dək investisiyadan yararlana biləcək.

Eyni zamanda layihə iştirakçıları “Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən qurulmuş onlayn mentorluq platforması ilə müxtəlif sahələr üzrə mütəxəssis olan mentorlarla onlayn video və səsli zənglər etmiş, bir neçə dəfə görüşlər keçirərək öz bizneslərinin inkişafı üçün faydalı məsləhət və dəstək alıb.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi