Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yeni Nəsil” layihəsinin 1-ci mərhələsi üzrə regionlarda fəaliyyət yekunlaşmaq üzrədir (FOTO)

news photo

14.12.2018 13:00 // Gənclər üçün

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dövlət tərəfaşlığı və Coca-Cola Foundation-un dəstəyi ilə “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “Yeni Nəsil” (New Generation) Gənc Sahibkarlara Dəstək Proqramının fəaliyyəti 4 iqtisadi-regionda davam edir.

Təşkilatdan Youthportal.az-a bildiirlib ki, Noyabr ayının əvvəlində start götürən və Abşeron, Quba-Xaçmaz, Gəncə-QazaxŞəki-Zaqatala iqtisadi-regionlarını əhatə edən layihə çərçivəsində Quba-Xaçmaz iqtisadi regionunda yaşayan gənclərə artıq ilkin təqdimatlar və təlimlər baş tutub. Belə ki, Quba və təraf rayonlarda yaşayan gənclərə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında, Quba Musiqi Kolleci və Quba Tibb Kollecində təlimçilərimiz tərəfindən ilkin biznes anlayışları ilə bağlı təlimlər keçirilib.

Bundan əlavə, Şəki-Zaqatala iqtisadi-regionu üçün nəzərdə tutulan təlimlər də baş tutmuşdur Belə ki, 24-25 Noyabr tarixlərində qeyd olunan iqtisadi-regionda olan rayonlarda və Şəkidə yaşayan Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının və Şəkidə yerləşən kolleclərin tələbələri ilə birlikdə təqdimat və təlimlər keçirilib.

Qeyd etmək lazımdır ki, layihənin 2-ci mərhələsi Abşeron iqtisadi-regionu üçün nəzərdə tutulmuş təlim və təqdimatları da artıq başlamışdır. Belə ki, artıq noyabr ayının sonlarından başlayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universitetlərində layihə çərçivəsində fəaliyyətlər başlanmışdır.

New Generation” Gənc Sahibkarlara Dəstək Proqramı “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edəcək. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-QazaxŞəki-Zaqatala iqtisadi regionlarında icra olunacaq. “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən bu layihədə ümumilikdə 2000 gəncin iştirakı nəzərdə tutulub. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək. İlk mərhələdə əhatə edilən iqtisadi zonalarda ümumi 2000 nəfərin müraciəti dəyərləndirildikdən sonra toplanacaq və seçilmiş layihə sahibləri maliyyə savadlılıqlarını və biznes biliklərini artırmaq üçün müvafiq təlimlərdən keçəcəklər. 2-ci mərhələdə təlimlər sessiyasını uğurla yekunlaşdırmış gənclər arasından ən uğurlu 1000 gənc seçiləcək və öz biznes planlarını hazırlayaraq təqdim edəcəkdir. 3-cü mərhələyə keçid şansı əldə etmiş startapçılar arasından 100 nəfər investisiya və mentor dəstəyi qazanacaqdır. 6 ay davam edəcək mentor dəstəyi ilə gənclər öz biznes ideyalarını inkişaf etdirərək 4-cü mərhələyə hazırlaşacaqlar. 6 ay ərzində startapçılar təcrübəli mentorlarla çalışacaqlar və mentorların dəstəyi ilə komandaların ilkin variantda məhsul və xidmətlərin yaradılması üzərində işləyəcəklərr. Yekun mərhələdə 20 uğurlu startap komandası layihələrinin inkişafı məqsədilə biznes inkubasiya və kovörkinq mərkəzlərinə yönəldiləcəkdir. Davamında isə növbəti  investisiya şansını əldə etmək üçün netvörkinq və investor günlərində iştirak edəcəklər.

Layihəyə müraciət etmək üçün: www.ng.youthinc.az/apply “Youth Inc.” Sahibkarlıq Proqramının fəaliyyəti ilə bağlı hesabat videosu üçün: https://youtu.be/0NeKrQhwC2o

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi