Ru
Bakı
USD
EUR
GBP
RUB

Yeni “iPhone” smartfonları sentyabrın 12-də təqdim ediləcək

news photo

03.08.2018 13:35 // High-tech

Növbəti nəsil "Apple" smartfonlarının təqdimetmə tarixi məlum olub. Son illər üzrə təqdimat cədvəli və bəzi başqa amillərə əsaslanaraq, yeni smartfonların 2018-ci il sentyabrın 12-də təqdim ediləcəyi gözlənilir.

Youthportal.az "ferra.ru" saytına istinadla xəbər verir ki, "Apple" belə tədbirləri adətən çərşənbə axşamı və çərşənbə günləri, həm də sentyabrın ikinci həftəsinədək keçirir. Beləliklə, sentyabrın 4-ü və 5-i, həmçinin 11-i və 12-si bu tədbirin keçirilməsi üçün uyğundur. Sentyabrın 12-də ABŞ-da Əmək Günü qeyd olunur, buna görə tədbirin sentyabrın 4 və ya 5-də keçirilməsi ağlabatan deyil. "Apple" şirkətinin yeni nəsil "iPhone" smartfonunu sentyabrın 11-də təqdim etməsi real sayılmır, çünki həmin gün ölkədə matəmdir. Yeni "iPhone" smartfonları sentyabrın 12-də təqdim edilə, sentyabrın 21-də isə satışa çıxarıla bilər.

"Apple" payızda 5,8 və 6,5 düym diaqonallı iki OLED-model, yeni "iPhone X" və "iPhone X Plus", həmçinin "iPhone 9" kimi adlandırılan 6,1 düymlük ucuz LCD-modelini təqdim edəcək. Bütün aparatlar çərçivəsiz dizayn, sifətə görə istifadəçinin tanınması funksiyası ("Face ID") və "A12" sürətli prosessoru ilə təchiz ediləcək.

Digər xəbərlər

Xəbər lenti

İki əsrin hekayələri

Hindistan kosmosa robot göndərəcək

Atəşkəs 30 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi