Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yeddi nar çubuğu” – Kukla Teatrında hazırlanan yeni tamaşa belə adlanır

news photo

11.09.2019 19:11 // Cəmiyyət

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı “Yeddi nar çubuğu” əsasında yeni nümunə hazırlanır.

Bu barədə Youthportal.az-a teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova məlumat verib.

Onun sözlərinə görə, yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə ərsəyə gələcək tamaşada klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi