Ru
Bakı
USD
EUR
GBP
RUB

“YayFest” gənclər düşərgəsinə start verilib (FOTO)

news photo

16.07.2019 09:15 // Gənclər üçün

14 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şahdağ  Turizm Mərkəzinin ərazisində “YayFest – gənclər düşərgəsinə” start verilib.

Youthportal.az xəbər verir ki, düşərgənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında vətənpərvərliyin, təhsilin və sağlam həyat tərzinin təşviqindən ibarətdir.

5 gün davam edəcək “YayFest”də Bakıdan və regionlardan müsabiqə əsasında seçilmiş 500-dən çox gənc iştirak edir.

Düşərgənin ilk günündə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə gənclərin təşəbbüsü ilə kütləvi fləşmob keçiriləcək, Ulu Öndərin Qusar rayonunda ucaldılmış abidəsi ziyarət olunmuşdur.

Düşərgənin gedişatında “Azərbaycançılıq”, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirə və görüşlərdə müzakirələr aparılacaq. Həmçinin, iştirakçılar komanda işləri, əyləncəli oyunlar, düşərgə keçirildiyi regionda yerləşən tarixi-mədəni və təbiət ərazilərinə səfərlər kimi fəaliyyətlərə cəlb olunacaq. Hər günün sonunda gənclər üçün estrada ulduzlarının iştirakı ilə xüsusi konsert proqramı və kino nümayişi təşkil olunur.

Layihə çərçivəsində gənclər üçün kütləvi hərbi-hazırlıq təlimləri təşkil olunacaq. Təlimdə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə müxtəlif tipli hərbi texnika, helikopter və pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuş imkanları nümayiş etdiriləcək.

Gənclər düşərgəsində təlim, seminar, mühazirə və görüşlərə müxtəlif ekspertlər, dövlət rəsmiləri, təlimçilər, tanınmış incəsənət xadimləri, media nümayəndələri qatılacaq.

news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi