Ru
Bakı
USD
EUR
GBP
RUB

“YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib (FOTO)

news photo

19.07.2019 13:37 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Turizm Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıdan və regionlardan 1000-ə yaxın gəncin iştirak etdiyi “YayFest” çərçivəsində startap və innovasiya paneli təşkil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Youthportal.az-a bildirilib ki, paneldə qurumun şöbə müdiri Rəşad Əzizov Azərbaycanda formalaşmış İKT və startap ekosistemi barədə ətraflı danışıb. Nazirlik rəsmisi dövlət tərəfindən startaplara və innovasiyaların inkişafına xüsusi diqqət göstərildiyini qeyd edib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə ildir ki, bu istiqamətdə fəaliyyət göstərir. Ölkəmizdə artıq qlobal bazara çıxa biləcək layihələr formalaşır. Nazirlikdən birbaşa maliyyə və təşkilati dəstək alan bir neçə startap nüfuzlu beynəlxalq yarışmaların qalibi olub”, – deyə şöbə müdiri vurğulayıb.

R.Əzizov bildirib ki, ölkəmizdə startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarına dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə “İ2B – İdeyadan Biznesə” layihəsi həyata keçirilir. “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri ilə birgə keçirilən layihə paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Qaliblərə və fərqlənən komandalara “Bakutel” sərgisində öz layihələrini nümayiş etdirmək üçün şərait yaradılır. “Bakutel-2018” sərgisində rekord sayda – 50-dən artıq startap təmsil olunmuşdu. Bu göstərici sözügedən sahədə əldə olunan müsbət nəticələrin bariz nümunəsidir”.

Şöbə müdiri, həmçinin deyib ki, bu il respublikamızın 12 regionunda keçirilən startap turunun finalçıları avqustun 29-31-də Şamaxıda təşkil olunacaq “Innocamp” innovasiya yay düşərgəsində iştirak edəcək. “Innocamp” çərçivəsində inkubasiya mərkəzləri və texnoparkların rəhbərlərinin, akseleratorların və İKT şirkətlərinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunacaq. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi