Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yay məktəbi” davam edir (FOTO)

news photo

15.07.2019 11:11 // Gənclər üçün

Paytaxt məktəbliləri üçün təşkil olunan “Yay məktəbi” davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, “Yay məktəbi” paytaxt üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 32 məktəbi əhatə edir.

“Yay məktəbi” çərçivəsində 2000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, ekskursiyalar, əyləncəli saatlar təşkil olunur.

V-VIII sinif şagirdləri üçün təşkil olunan “Yay məktəbi”nin əsas məqsədi məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq və əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin - gələcəyin liderlərinin formalaşdırılmasından ibarətdir.

Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 35 ümumtəhsil müəssisəsini əhatə edir. Layihənin əsas məqsədi məktəblərdə səmərəli mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, hər hansı fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi