Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yaşıl məktəb” aksiyası davam edir: ayın sonunadək 3 mindən çox ting əkiləcək (FOTO)

news photo

22.04.2019 11:59 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınır, ağaclar əkilir.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, layihə çərçivəsində keçirilən tədbirlərdə məktəblərin pedaqoji kollektivi ilə yanaşı, şagirdlər də iştirak edirlər. Paytaxtdakı ümumtəhsil müəssisələrini əhatə edən yaşıllaşdırma tədbirləri çərçivəsində ağac əkini ilə yanaşı, mövcud yaşıllıqlara aqrotexniki qulluq da göstərilir.

Tədbirlərdə Azərbaycanda ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm verildiyi, aksiyanın məktəblilər arasında və cəmiyyətdə ekoloji mədəniyyəti yüksəltmək, təbiətə olan qayğı hissini təbliğ etmək baxımından çox faydalı olduğu vurğulanıb.

“Yaşıl məktəb” aksiyası çərçivəsində aprelin sonunadək BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinin ərazisində 3000-dən çox tingin əkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Yaşıl məktəb” aksiyasına Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 8-dən start verib.

“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagirdlərdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdan ibarətdir.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi