Ru
Bakı
USD
EUR
GBP
RUB

Yasamal kitabxanası uşaq bağçasında Novruz tədbiri keçirib (FOTO)

news photo

18.03.2019 15:50 // Cəmiyyət

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Balaca alim” uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Kitabxanadan Youthportal.az-a bildirilib ki, tədbirdə bağçanın müdiri Naima Qədirova çıxış edərək Novruz bayramının tarixi əhəmiyyətindən danışıb.

Novruzun ən qədim bayramlardan olduğunu deyən N.Qədirova, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub, gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra daha da təmtəraqla qeyd olunduğunu vurğulayıb.

Kitabxananın şöbə müdiri Sevil Namazova və böyük metodist İradə Hüseynova bayram münasibətilə uşaqları təbrik ediblər.

Kitabxananın əməkdaşları yaratdığı şəraitə görə, bağça rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirib.

Sonda yazıçı Gülzar İbrahimova tərəfindən uşaqlara kitab, “Sehrli dünya” jurnalları və disklər hədiyyə olunub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 18 dəfə pozuldu

Sabah Bakıda güclü külək əsəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi