Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT”da yeni eksperimental tamaşa

news photo

10.07.2018 15:17 // Cəmiyyət

İyulun 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Şağ” eksperimental tamaşası nümayiş ediləcək.

Youthportal.az xəbər verir ki, tamaşa yazıçı Sevinc Çılğının qələmə aldığı üç qısa pyes əsasında hazırlanıb. Burada bir-biri ilə əlaqəsi olmayan müxtəlif süjetlər arasında tamaşada iştirak edən aktyorlar tərəfindən bağlılıq yaradılır. Səhnə əsəri sərgi janrındadır və daha çox aksiya xarakterlidir. Aktyorların tamaşa zamanı oyunu poliqon platformasında təcrübədən keçirdikləri spontan aktyor texnikası əsasında qurulub. Tamaşanın özünə gəldikdə isə o, eyni zamanda, göstərilən bir neçə hadisədən ibarətdir. Səhnə əsərinin nümayişi zamanı seyrçilərin oturmağı nəzərdə tutulmayıb. Bundan başqa, tamaşa tam formatda interaktivliyə malikdir. Yəni, hər bir tamaşaçıya hadisələrin gedişatına müdaxilə etmək icazəsi verilir. Ona görə də seyrçilərdən tamaşanın gedişatında dəyişiklik etməyə hazır olmaqları xahiş edilir.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi