Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT”da “Women in Motion” layihəsi çərçivəsində çəkilmiş filmlərin premyerası olacaq

news photo

14.06.2019 16:32 // Cəmiyyət

İyunun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Women in Motion” layihəsi çərçivəsində çəkilmiş filmlərin premyera nümayişləri keçiriləcək.

“YARAT”dan Youthportal.az-a bildirilib ki, proqrama “Luna-park”, “Qızcığaz skeytbordla” və “Bu kimi şirin həyat” filmləri daxildir.

Tədbirdə, həmçinin hazırda montaj mərhələsində olan “Onlar sevgi bəxş edirlər” filminin fraqmentləri də göstəriləcək. Bütün ekran əsərləri “Cinex Productions” Azərbaycan kinokompaniyasında, kinematoqrafiya sahəsində yenicə fəaliyyətə başlayan qadın rejissor və ssenaristlər tərəfindən çəkilib. Nümayişdən sonra iştirakçıların filmlərin yaradıcı heyəti ilə müzakirə aparmaq imkanı olacaq.

Ekran əsərləri Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək.

Qeyd edək ki, “Women in Motion” layihəsi 2016-cı ildə prodüser və rejissor Mariya İbrahimova tərəfindən təşkil olunub. ABŞ-ın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçən bu layihə kino sahəsində karyerasına başlamaq istəyən ölkəmizin istedadlı qadınlarını müəyyənləşdirmək və dəstəkləmək üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi