Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT”da Rusiya istehsal olan qısametrajlı filmlər nümayiş olunacaq

news photo

16.10.2019 18:43 // Cəmiyyət

Oktyabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan altı qısametrajlı film nümayiş ediləcək.

Youthportal.az xəbər verir ki, filmlərin təqdimatı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə reallaşacaq. Belə ki, qeyd edilən tarixdə “Plastikin gücü”, “Ağac”, “İçində okean olan balıqqulağı”, “Bəxtsiz”, “Savadsızlığın ləğv edilməsi” və “Qadın yataqxanası” filmləri izləniləcək. Proqramın xronometrajı 1 saat 31 dəqiqədir. Filmlər rus dilində təqdim ediləcək.

Qeyd edək ki, “Artkino” Qısametrajlı Filmlər Festivalı, Rusiyada qısametrajlı film festivallarının ən irimiqyaslısıdır. Festivalda təkcə ölkənin aparıcı kino məktəblərinin tələbə və məzunları deyil, həm də müstəqil müəlliflər iştirak edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi