Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT”da növbəti ustad dərsləri xoreoqrafiyaya həsr ediləcək

news photo

11.02.2019 14:46 // Cəmiyyət

Fevralın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində gənc və istedadlı rəqqas Fərid Kazakovun iştirakı ilə xoreoqrafiya və gimnastikaya həsr edilmiş ustad dərsləri keçiriləcək.

Youthportal.az xəbər verir ki, dərslərin birinci hissəsi, gimnastika və xoreoqrafiya ilə məşğul olmaq üçün, bədən elastikliyini inkişaf etdirmək, əzələlərin dartılması (isinmə hərəkətləri) və onların gücləndirilməsi təlimlərini özündə birləşdirən bir sıra əsas məşğələlərdən ibarət olacaq.

İştirakçılar bədənin plastikasını yaxşılaşdırmaq üçün baza elementləri və tapşırıqları mənimsəməklə yanaşı, rəqs vasitəsilə özlərini ifadə etməyi öyrənəcəklər.

Ustad dərsin ikinci hissəsində Fərid Kazakov klassik balet, müasir və gimnastika rəqslərinin daxil olduğu repertuardan nömrələr nümayiş etdirəcək.

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi