Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT”da immersiv performans təqdim olunacaq

news photo

14.09.2019 11:21 // Cəmiyyət

Sentyabrın 19-da “YARAT” Müasir İncəsənət Mərkəzində ssenarist Nigar Sultanova və xoreoqraf Nigar İbrahimbəyli tərəfindən immersiv performans təqdim olunacaq.

Youthportal.az xəbər verir ki, performans koreyalı rəssam Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” sərgisi çərçivəsində təşkil ediləcək.

Performans, nənədən-nəvəyə davranış stereotiplərinin ötürülməsi mövzusunu və bu stereotiplərin hər bir nəslin həyatına göstərdiyi təsiri araşdırır. Bir nəsildən digərinə ötürülən bəzi hekayələr, kollektiv şüursuzluğu formalaşdıran və həyəcan doğuran həyat fonu yaradaraq, gizli qorxulara səbəb ola bilər. Performans, mədəniyyətimizə, eyni zamanda, mənfi və müsbət təsir göstərən bu hekayələri vizuallaşdırmağa kömək edir.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi