Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT” “Yeni özünə doğru beş addım” adlı mühazirə və praktiki təlimlərə başlayır

news photo

03.06.2019 15:03 // Cəmiyyət

“YARAT” Müasir İncəsənət Məkanı “İnsan: özünü dərk et” proqramı çərçivəsində Bakıda “Yeni özünə doğru beş addım” adlı mühazirə və praktiki təlimlər təşkil edəcək.

“YARAT”dan Youthportal-a bildirilib ki, təlimləri “IntAlt Life” komandası iyunun 12, 14, 15, 16-də keçəcək.

“IntAlt Life” komandası Rusiyada İntellekt və Altruizm Mərkəzinin təşkilatçılarından biridir. Komanda müntəzəm olaraq meditasiya bacarıqları, özünüanaliz, münaqişəsiz ünsiyyətin inkişafı, neqativ psixoloji vəziyyətin dəyişməsi və stressin səviyyəsinin azaldılmasına yönəlmiş müəllif dərsləri və təlimlər keçirir. 10 ildən artıqdır ki, “IntAlt Life” layihəsinin iştirakçıları özünüinkişaf üçün hər cür bilik və metodlar tətbiq edib onlardan ən faydalı və səmərəli olanlarını seçiblər. Əldə edilmiş təcrübə onların hər biri üçün əhəmiyyətli nəticələrə gətirib-çıxardı. Buna görə təlim proqramları və ruhlandırıcı məhsullar yaratmaq arzusu onların sevimli işi, peşəsi oldu.

“IntAlt Life” layihəsinin iştirakçıları belə deyir: "Biz insanlara dolğun bir həyat yaşamalarına, öz potensilalları, xəyalları və yüksək məqsədlərini həyata keçirmələrinə; özlərini rahat və xoşbəxt hiss etmələrinə, bütün hadisələri müsbət qəbul etmələrinə, həyatın xoş anlarını yalnız özləri üçün deyil, ətrafdakı bütün insanlar üçün daha yaxın etməyi öyrənmələrinə kömək etmək istəyirik.

Müəyyən vaxtdan sonra hər biri onu anladı ki, öz üzərində işləmək çətin və yorucu prosesdən daha maraqlı və səmərəli prosesə çevrilə bilər, bunun üçün yalnız özünə uyğun alətləri seçmək lazımdır.

Təlimlərlə yanaşı, “IntAlt Life” komandası şəxsiyyətin inkişafı üzrə uzunmüddətli kompleks proqramlar təşkil edir (“Özünüinkişaf payızı” Münhen, Almaniya; “Özünüinkişaf yazı” Moskva, Rusiya və s.).

“İnsan: özünü dərk et” özünüinkişaf proqramının direktoru Arstarulmirus Tarus qeyd edir ki: "Biz hamımız gündəlik olaraq dəyişirik. Dəyişikliklərimizin vektoru və perspektivləri bizim necə olmaq istədiyimizi daha aydın şəkildə anlamaqla yanaşı, özümüz barədə mövcud vaxt üçün fikirlərimizi də müəyyənləşdirir. Buna həyat boyunca inkişaf etdirdiyimiz bir çox vərdişlərimizi və psixo-emosional vəziyyətlərimizin dinamikasını aid etmək olar. Öz vərdişlərini və vəziyyətini müntəzəm olaraq yenidən nəzərdən keçirmək şəxsi dəyişikliklərin daha şüurlu və səmərəli vektorunu qorumağın ən etibarlı yoludur. “IntAlt Life” komandasının təlimləri bu cür nəzərdən keçirmələr üçün faydalı və səmərəli bir təməldir”.

Əlavə məlumatı təşkilatçının saytında əldə etmək olar: www.insan.yarat.az

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi