Ru
Bakı
USD
EUR
GBP
RUB

YARAT Müasir İncəsənət Mərkəzində "Selector PRO" forumu keçirilib (FOTO)

news photo

24.02.2017 19:18 // Təhsil

British Council ASAN radio və YARAT Müasir İncəsənət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Selector PRO" adlı iki günlük musiqi forumu keçirilib.

Trend-in məlumatına görə, forumda Birləşmiş Krallığın və Azərbaycanın görkəmli musiqi nəzəriyyəçiləri və mütəxəssisləri bir araya gəlib. Forum 2017-ci ilin 23-24 fevral tarixlərində YARAT Müasir İncəsənət Mərkəzində keçirilib. Proqrama radio verilişlərinin hazırlanma prosesini müzakirə etmək məqsədilə radio DJ-ləri üçün təşkil olunan seminarlar, habelə, Azərbaycanın və Birləşmiş Krallığın musiqi sənayesini müzakirə etmək üçün keçirilən ictimai tədbirlər daxil olub.

British Council tərəfindən hazırlanan "Selector" radio-şousu hər həftə Londondan yayımlanır və 40-dan çox ölkədə 3 milyondan çox radio dinləyicisini əhatə edir. Radio-şounun hər bir buraxılışında London şəhərində müğənnilərdən alınmış müsahibələrə, onların rəylərinə, canlı ifalara və studiya yazılarına yer verilir və Azərbaycanda DJ Bazaur tərəfindən həftədə iki dəfə (şənbə günü saat 21:00-da və bazar günü saat 16:00) 100FM dalğasında və onlayn (asanradio.az) yayımlanır.

"Selector PRO" həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir British Councilın təşəbbüsü ilə hazırlanıb, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

"Selector PRO" tədbirlərinin sırasına açıq konfrans, DJ tədbiri və Britaniyanın və Azərbaycanın aparıcı musiqiçilərinin və jurnalistlərinin iştirakı ilə təşkil olunan seminarlar daxildir. British Council Britaniya musiqi sənayesinin ən təcrübəli peşəkarlarını dəvət edib: Ebbi Makkarti və Sesil Kommunal. British Council Azərbaycan ofisinin direktoru xanım Elizabet Vayt bildirib: “Musiqi universaldır. Həm Azərbaycanda, həm də Birləşmiş Krallıqda gənc musiqiçilərin və istehsalçıların böyük istedadı və əhatə dairəsi var. Musiqi həmçinin kreativ iqtisadiyyatın əhəmiyyətli tərkib hissəsidir. Bu seminarlarda bu günkü musiqi sənayesi haqqında məlumatlanacağıq. Görüşlərə qatılın və cümə günü əyləncə gecəsini qaçırmayın”.

Seminarlar və açıq müzakirələr fevralın 23 və 24-ü keçirilib. Canlı DJ performansı ilə müşayiət olunan "Selector Live" əyləncə gecəsi "Selector PRO"nun sonuncu tədbiri olaraq "Eleven" klubunda baş tutub.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi