Ru
Bakı
USD
EUR
GBP
RUB

“YARAT” Akademiyasının növbəti payız sessiyasına qeydiyyat davam edir

news photo

12.09.2019 15:45 // Cəmiyyət

“YARAT” Müasir İncəsənət Məkanının elan etdiyi “YARAT” Akademiyasının növbəti payız sessiyasına qeydiyyat davam edir.

Youthportal.az xəbər verir ki, layihə üç ayı əhatə edəcək. Mövzusu “Qeyri-ənənəvi tarix” olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcək, habelə panel müzakirə və seminarlarda iştirak edəcək və kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur. İştirak etmək istəyənlər müraciət edə bilərlər.

Qeydiyyat üçün helpdesk@yarat.az ünvanına, məktubun “Mövzu” bölməsində “YARAT Akademiya” qeyd edilərək ad, soyad və əlaqə telefon nömrəsi də göndərilməlidir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi