Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yaradıcılıq emalatxanası” adlı beynəlxalq düşərgənin bağlanış mərasimi olacaq

news photo

25.07.2018 18:03 // Gənclər üçün

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilati dəstəyi ilə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində MDB iştirakçı dövlətləri gənclərinin iştirakı ilə “Yaradıcılıq emalatxanası” adlı düşərgə təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, ötən illərdə keçirilən “Yaradıcılıq emalatxanası-1” və “Yaradıcılıq emalatxanası-2” layihələri respublika gənclərini əhatə edirdisə, bu il gerçəkləşən layihə beynəlxalq miqyas statusunu qazanıb.

Layihənin keçirilməsində məqsəd MDB iştirakçı dövlətləri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, gənclərdə öz doğma mədəniyyətindən fərqli mədəniyyətlərə tolerant münasibətin formalaşdırılması, Azərbaycan mədəniyyət və incəsənətinin təbliği, yeni nəsil yaradıcı gənclərin yetişdirilməsi, onlar arasında mədəni mübadilənin möhkəmləndirilməsidir.

Düşərgədə Azərbaycan gəncləri ilə yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan istedadlı və yaradıcı gənclər iştirak edib. 20 iyul tarixində Bakıya səfər edən nümayəndə heyətləri növbəti gün Daşkəsən rayonuna yola düşüblər. İyulun 21-dən “Yaradıcılıq emalatxanası”nda təlimlərə start verilib və bir həftə ərzində yaradıcı gənclər “Milli musiqi alətləri”, ”Rəqs”, “Estrada ifası”, “Dekorativ-tətbiqi sənət”, “Kulinariya” və “Teatr” kimi incəsənət sahələrində təlim və ustad dərsləri keçəcək, Azərbaycan mədəniyyətinin incəliklərini öyrənmək imkanı qazanıblar.

Düşərgə zamanı belarus, qazax, qırğız, moldova, rus və tacik gəncləri öz ölkələrinin milli musiqi alətlərində “Sarı gəlin” musiqisinin sədalarını səsləndirmiş, Azərbaycan və rus dillərində bəstəkar Oqtay Kazıminin “Ey həyat sən nə qəribəsən” mahnısını, “Bayram” və “İgidlər” kimi milli rəqslərimizi ifa etmiş, Azərbaycan mətbəxinin inciləri sayılan düşbərə, qutab, xəngəl kimi xörəkləri bişirmiş, xalçaçılıq sənətimizin sirrlərinə yiyələnməyə başlayaraq ilk ilmələrini atmış, Azərbaycanın klassik dramaturgiyası ilə, M.F.Axundzadənin yaradıcılığı ilə tanış olmağa başlamışlar.

Təlimlərin ilk günü Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev düşərgənin qonağı olmuş, gəncləri salamlayaraq təlim prosesini izləmiş və düşərgənin işinə uğurlar arzulamışdır. Düşərgənin proqramına əsasən xarici qonaqlar Azərbaycan mədəniyyətini öyrənmək ilə yanaşı öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirəcəklər. Bu məqsədlə hər gün bir ölkənin yaradıcılıq gecəsi təşkil olunacaq. Artıq düşərgədə Belarusiya və Qazaxıstan yaradıcılıq gecələri uğurla baş tutub. Düşərgənin işi 27 iyul 2018-ci il tarixdə “Qala konsert” və “Sərgi” ilə yekunlaşacaq. Yerli və xarici gənclər bir həftə ərzində öyrəndiklərini yekun tədbirdə geniş tamaşaçı kütləsinə nümayiş etdirəcək. Ən əsası isə bu gənclər öyrəndikləri mahnı və musiqilər, sənət və rəqslər ilə birlikdə vətənlərinə geri dönərkən özləri ilə Azərbaycandan kiçir bir parça aparacaqlar.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi