Ru
Bakı
USD
EUR
GBP
RUB

“Yaradıcı gənc əllər” – Xətai Sənət Mərkəzində növbəti sərgi belə adlanır

news photo

14.02.2019 11:23 // Cəmiyyət

Xətai Sənət Mərkəzində martın 2-də “Yaradıcı gənc əllər” adlı rəsm sərgisi açılacaq.

Youthportal.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Gənclər Fondu və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Məqsəd ölkəmizin yaradıcı gənclərinin tanınmasına xidmət, əl işlərinin nümayişi və yaradıcı gənclərə bu sahədə dəstək olmaqdır.

Sərgi müddətində müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən rəsm əsərləri, muncuqdan, saplardan hazırlanmış bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən rəsmləri görmək mümkün olacaq.

Sərgidə 20-dən artıq gəncin əl işi və rəsmləri təqdim olunacaq.

Bundan əlavə, Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “Hanbok”un nümayişi də nəzərdə tutulur. Bununla da gələn qonaqlar təkcə Azərbaycan mədəniyyəti motivləri ilə deyil, dost ölkənin mədəniyyətinə aid nümunələr ilə də yaxından tanış olacaqlar.

Sərgi çərçivəsində gənc ifaçılar royal və skripkada müxtəlif musiqi nömrələri ifa edəcəklər. Layihənin rəhbəri Nigar Yusupovadır.

Digər xəbərlər

Xəbər lenti

Metroda pianoçunun solo konserti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi