Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək

news photo

14.06.2019 16:50 // Cəmiyyət

İyunun 15-də Yaponiyanın Naqano prefekturasında G20 ölkələri enerji nazirlərinin görüşü keçiriləcək.

Görüşdə Yaponiya tərəfinin Ormuz boğazında göyərtəsində ona məxsus yüklər olan gəmilərə hücumla əlaqədar enerji təhlükəsizliyi məsələsini qaldıracağı da gözlənilir.

Youthportal.az xəbər verir ki, bu boğaz Yaxın Şərq regionunda qlobal daşımanın əsas strateji kanallarından biridir. Yaponiya ehtiyacı olan neftin 90 faizini buradan daşıdığına görə həmin regiondan çox asılıdır.

G20 ölkələrinin enerji və ətraf mühit nazirlərinin ikigünlük görüşü sabah Naqano prefekturasının Karuizava şəhərində başlayacaq. Yaponiya görüşə sədrlik edəcək.

Görüş Yaxın Şərqdə əsas neft hasilatçılarından biri kimi tanınan İran ilə ABŞ arasında gərginlik fonunda keçiriləcək. Həmin görüşdə neft hasilatçısı olan daha bir ölkə - Səudiyyə Ərəbistanı da iştirak edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi