Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiyada keçiriləcək “Böyük dəbilqə” turnirində Azərbaycanı 16 cüdoçu təmsil edəcək

news photo

14.11.2019 11:12 // İdman

Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycanı 16 idmançı təmsil edəcək.

Youthportal.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda kişilərin mübarizəsində Oruc Vəlizadə, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) gücünü sınayacaqlar. Qadınların yarışında isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçinxorloo Munxtsedev (hər ikisi 57 kq) mübarizə aparacaqlar.

“Böyük dəbilqə” turnirinə 99 ölkədən 600-ə yaxın cüdoçu qatılacaq.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi