Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiyada ilk dəfə okean axınlarından elektrik enerjisi alınıb

news photo

21.08.2017 18:51 // Dünyada

<p>Yaponiyanın “IHI Corporation” şirkəti və Yeni Energetikanın və Sənaye Texnologiyalarının İnkişafı Təşkilatı (NEDO) birlikdə dünyada ilk dəfə okean axınlarından istifadə etməklə elektrik enerjisinin istehsalına imkan yaradan avadanlığı sınaqdan keçiriblər.</p>

<p>  Kuçinoşima adasının yaxınlığında keçirilən sınaq zamanı Kuroşio axını rayonunda 20-50 metr dərinlikdə metal silindrlərdən ibarət avadanlıq yerləşdirilib.</p>

<p>Təqribən 20 metr uzunluğunda silindrlərdən ikisinin kənarında hər biri 11 metr diametrə malik kürəklərlə təchiz edilmiş iki generator quraşdırılıb.</p>

<p>Sınaq zamanı mütəxəssislər 30 kilovat gücündə elektrik enerjisi əldə ediblər. Yeni qurğudan 2020-ci ildən başlayaraq istifadə olunacağı gözlənilir.</p>

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi