Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiya Şərqi Çin dənizində patrul xidməti üçün pilotsuz helikopterlər alacaq

news photo

29.07.2019 15:14 // Dünyada

Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin keşikçi gəmilərində istifadə üçün pilotsuz helikopterlər almağı planlaşdırır.

Youthportal.az “Yomiuri Shimbun” qəzetinə istinadla xəbər verir ki, bu helikopterlərin 2023-cü ildə alınması nəzərdə tutulur.

Nazirlik helikopterlərin hansı modelinin alınması barədə qərarı 2022-ci ildə qəbul edəcək. Prioritet variant kimi ABŞ-ın “Northrop Grumman” şirkətinin istehsalı olan “MQ-8С Fire Scout” uçan aparatı nəzərdən keçirilir. Uzunluğu 12,6 metr olan bu aparat 5 kilometr hündürlüyə qalxa və 15 saat havada qala bilir.

İlkin olaraq 3 aparatın alınması, sonrakı 10 ildə isə onların sayının 20-yə çatdırılması planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi