Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisinə geniş yer ayırır (FOTO)

news photo

29.04.2018 12:16 // Formula 1

Youthportal xəbər verir ki, Yaponiya idmansevərləri arasında populyar kütləvi informasiya vasitələri bu günlər Bakıda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırır. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları yapon tamaşaçılara birbaşa yayımla təqdim edir.

Yaponiyanın nüfuzlu www.purposejapan.com, https://formula1-data.com/, https://www.as-web.jp, https://www.sports-his.com, www.topnews.jphttps://www.sportingnews.com/ internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.

İnternet nəşrlərində yer alan məqalələrdə bildirilir ki, Azərbaycan dünyada məşhurluğu ilə seçilən Formula-1 yarışını üçüncü dəfə qəbul edir. Dünya şöhrətli pilotların iştirak etdikləri Azərbaycan Qran-Prisi Formula-1 üzrə dünya çempionatının dördüncü mərhələsidir.

“Fuji-TV.Next” telekanalının şərhçiləri birbaşa reportaj zamanı Formula-1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən bənzərsiz trekdə yarışırlar.

Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar və azarkeşlər üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.

Yaponiya KİV-lərində Formula-1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə məlumatlar da əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi