Ru
Bakı
USD
EUR
GBP
RUB

Yaponiya hökuməti ürək xəstəliklərinin iPS hüceyrələr vasitəsilə müalicəsini bəyənib

news photo

17.05.2018 13:43 // Dünyada

Yaponiya hökuməti yanında şura dünyada ilk dəfə olaraq, kardioloji xəstəliklər zamanı induksiya olunmuş pluripotent gövdə hüceyrələri (iPS-hüceyrələr) vasitəsilə müalicəni bəyənib.

Youthportal AZƏRTAC-a istinadla xəbər verir ki, Osaka Universitetinin professoru Yoşiki Savanın rəhbərlik etdiyi qrup ürək əzələlərinin hüceyrə toxumalarını yaratmaq üçün insan orqanizminin müxtəlif toxumalarına çevrilə bilən iPS-hüceyrələrdən istifadə ediblər .

Qrup üzvləri həmin toxumaları ürək-damar xəstəliklərindən ciddi əziyyət çəkən xəstələrin ürəyinə yerləşdirməyi planlaşdırırlar.

Səhiyyə Nazirliyi yanında Şura bu layihəni həddindən artıq ağır vəziyyətdə olan xəsətələrə tətbiq etməyə razılıq verib. Lakin bu zaman müalicənin aparılması barədə sənəd xəstənin tamamilə anlaya biləcəyi formada tərtib edilməlidir.

Qrup üzvləri klinik tədqiqatlara prosedurun təhlükəsiz olduğunu tam dəqiqləşdirdikdən sonra, gələn ilin martında başlamağı planlaşdırırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi