Ru
Bakı
USD
EUR
GBP
RUB

YAP Səbail rayon təşkilatının təşəbbüsü ilə Filarmoniyada Gəncləri Günü münasibətilə konsert təşkil edilib

news photo

02.02.2018 11:25 // Cəmiyyət

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert təşkil olunub.

Youthportal xəbər verir ki, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbirdə çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib. Bunun sayəsində hazırda gənclər dövlət orqanlarında, parlamentdə, iri biznes və maliyyə qurumlarında, bələdiyyələrdə geniş təmsil olunur, ölkəmiz üçün taleyüklü məsələlərin həllində fəal rol oynayır, təhsil, mədəniyyət, idman və digər sahələrdə parlaq nailiyyətləri ilə Azərbaycanı dünyada uğurla təbliğ edirlər.

Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələr üçün nümunədir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir, bu istiqamətdə ardıcıl tədbirlər görülür, əhəmiyyətli nəticələr əldə olunur.

Səbail rayon gənclər və idman idarəsinin rəisi Vüqar Mürsəlov ölkəmizdə gənclərlə işin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb və bu sahədə əldə edilən nailiyyətlərdən danışıb. Qeyd edib ki, gənclərlə iş bir neçə istiqamətdə aparılır. Buraya həm gənclərin sağlam həyat tərzinə cəlb olunması, istedadlı və yaradıcı gənclərlə bağlı, eyni zamanda, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən tədbirlər aiddir.

Tədbirdə xüsusi vurğulanıb ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda təsis olunub.

Sonra YAP-ın təsis edilməsinin 25-ci ildönümü münasibətilə keçirilən “Debat turniri”nin qalibi olan YAP Səbail rayon təşkilatının gənclər təşkilatının üzvləri və fəal gənclər mükafatlandırılıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Fikrət Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

Konsertdə “Şerlok Xolms və Doktor Vatson”, “Briqada”, “Missiya yerinə yetirilməzdir”, “Çəhrayı Pantera”, “Karib dənizi quldurları”, ”Babək”, ”Dədə Qorqud” və digər filmlərdən musiqilər səsləndirilib.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi