Ru
Bakı
USD
EUR
GBP
RUB

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

news photo

11.12.2019 15:42 // Cəmiyyət

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında bu il dekabrın 23-də ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Binəqədi rayonu bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş qadınlarla qadın seçicilərin görüşü keçirilib.

Youthportal.az xəbər verir ki, görüşdə Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, seçicilər, partiya fəalları iştirak ediblər.

YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdə yaradılan seçki mühitindən, vətəndaşlarımızın seçmək hüququndan, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından və namizədlər haqqında məlumat verib. Qeyd edib ki, rayon təşkilatı ötən seçkilərdə olduğu kimi bu dəfəki Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşaraq namizədlərlə seçicilərin silsilə görüşlərini təşkil edir. Ramiz Göyüşov çıxışının sonunda namizədlərə uğurlar arzu edib.

Görüşdə YAP-ın Binəqədi qəsəbə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Binəqədi Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı, Biləcəri Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Xocasən Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Fidan Əhmədzadə, Rəsulzadə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi Jalə Sadıqova çıxış edərək bildiriblər ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edərək qürurvericidir. Onlar bütün seçiciləri Yeni Azərbaycan Partiyasını namizədlərinə səs verməyə çağırıblar. Bələdiyyələrin qarşısında duran həlli vacib məsələlərə toxunaraq gələcəkdə bələdiyyələrdə təmsil olunacaqları təqdirdə həmin məsələlərin həlli istiqamətində səylə çalışacaqlarını, seçicilərin etimadını doğruldacaqlarını vurğulayıblar.

Görüşdə çıxış edən Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova namizədlərə öz tövsiyələrini verib. Qeyd edib ki, bu gün ölkəmizin sürətli inkişafı dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bələdiyyə qurumlarında təmsil olunan şəxslər də bu siyasətə paralel olaraq uğurla fəaliyyət göstərməli, göstərilən etimadı yüksək səviyyədə doğrultmalıdırlar.

Bahar Muradova bildirib ki, namizədlərin seçicilərlə silsilə görüşlərinin keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yerlərdə də davam etdirilməli, əhalini maraqlandıran məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmalı, onların fikirləri dinlənilməlidir. Hər bir namizədin savadı, intellekti, dünya görüşü və siyas yetkinliyi ilə seçildiyini vurğulayan Bahar Muradova qarşıdan gələn seçkilərdə namizədlərə uğurlar arzulayıb. Onların parlaq qələbə qazanacaqlarına ümidvar olduğunu bildirib.

Görüşdə, həmçinin seçicilər də çıxış edərək fikirlərini səsləndiriblər.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilər hava şəraiti

ADU-da Çin Yeni ili qeyd olunub

Sabah güclü külək əsəcək

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi